
BAKI, 23 mart. TELEQRAF
Ənsarulah (Husilər) hərəkatının dəniz qüvvələrinin komandiri Mənsur əs-Sədi ABŞ-nin Hudeydə şəhərinə endirdiyi zərbə nəticəsində yaralanıb.
Teleqraf xəbər verir ki, bu barədə yerli “Al Hadath” telekanalı məlumat yayıb.
Məlumata görə, hadisə zamanı Əl-Sədidən başqa daha 7 nəfər yaralanıb.
Telekanalın məlumatına görə, ABŞ-nin Yəmənin şimalındakı Saada əyalətinin Sakin rayonuna da hava zərbələri endirib. Ənsarulahın (Husilər)əsas qərargahı bu rayonda yerləşir.
Qeyd edək ki, “Al Masirah” telekanalı ABŞ-nin Yəmənin Hudeyda beynəlxalq hava limanına üç zərbə endirdiyi barədə məlumat yaymışdı.
Xatırladaq ki, ABŞ martın 16-na keçən gecə Ənsarulah (Husilər) hərəkatına qarşı gəmilərini qorumaq üçün genişmiqyaslı əməliyyata başlayıb.Əməliyyat zamanı Amerika ordusu Yəməndəki hədəflərə bir sıra zərbələr endirib.