BAKI, 23 mart. TELEQRAF

Böyük Britaniya Baş naziri Kir Starmer Avropa ölkələrini Moskva ilə Ukrayna arasında sülh razılaşması olacağı təqdirdə təhlükəsizliyi təmin etmək və Rusiyanı cilovlamaq üçün əvvəlcədən plan hazırlamağa çağırıb.

Teleqraf xəbər verir ki, o, bu barədə “The New York Times” qəzetinə müsahibəsində bildirib.

“Biz oturub sövdələşmənin olmasını gözləyə, sonra isə bu baş verəndə razılaşıb başımızı qaşıya bilmərik”, - baş nazir deyib.

Starmerin fikrincə, etibarlı təhlükəsizlik təminatlarının olmaması Ukraynanı müdafiəsiz qoyacaq və Avropa bu təminatların təmin edilməsində aparıcı rol oynamalıdır.