
BAKI, 23 mart. TELEQRAF
"Ukraynadakı millətçilər Volodimir Zelenskiyə qarşı hərbi çevriliş edə bilərlər".
Teleqraf xəbər verir ki, bu fikri Rod-Aylend Universitetinin politologiya fakültəsinin professoru Nikolay Petro bildirib.
“Ukraynanın bu və ya sonrakı hökuməti üçün çox ciddi təhlükə var. Ona təkcə siyasi arenada deyil, həm də hərbi çevriliş və ya qiyam yolu ilə etiraz ediləcək”, - ekspert qeyd edib.
Petronun sözlərinə görə, Ukraynada hökm sürən qanunsuzluq və millətçilərin özləri arasında yaranan fikir ayrılıqları artıq zorakılığın, o cümlədən siyasi qətllərin artmasına səbəb olacaq.