
BAKI, 23 mart. TELEQRAF
Prezident Donald Tramp ABŞ-nin Ukraynaya yardımının həcmi, miqrasiyanın miqyası, Çin və Kanada ilə ticarət kəsiri daxil olmaqla bir sıra mövzularda şişirdilmiş rəqəmlər səsləndirib.
Teleqraf xəbər verir ki, "CNN" telekanalı siyasətçinin çıxışlarının təhlili əsasında bu qənaətə gəlib.
Qeyd olunub ki, Tramp ABŞ-nin Ukraynaya 350 milyard dollar yardım ayırdığını bəyan edib. Eyni zamanda, "CNN" və "Kiel" Dünya İqtisadiyyatı İnstitutunun hesablamalarına görə, 2024-cü ilin dekabrına Vaşinqton əslində Kiyevə təxminən 123 milyard dollar ayırıb .
Tramp dəfələrlə bəyan edib ki, müttəfiqlər xərcləri artırmasa, NATO mövcudluğunu dayandıracaq. Corc Vaşinqton Universitetinin professoru Ervan Laqadec qeyd edib ki, son illər NATO-nun dağılmasında maraqlı olan siyasi qüvvə kimi respublikaçıların prezidentliyi altında yalnız Birləşmiş Ştatlar çıxış edib.
"CNN" həmçinin yazır ki, ABŞ prezidenti səhvən blokun müdafiə xərcləri ilə bağlı öhdəliklərini ödənilməmiş hesablar kimi təqdim edib, ÜDM-in 2%-lik hədəfi isə öhdəlik deyil, tövsiyə xarakteri daşıyır. Məqalədə 2014-cü ildə NATO-nun sammiti sənədlərindən çıxarışa istinad edilir ki, burada deyilir ki, ölkələr on il ərzində məqsəd doğrultusunda irəliləməyə can atırlar.