
BAKI, 23 mart. TELEQRAF
Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Böyük Dəbilqə turnirində cüdo üzrə Azərbaycan milli komandası çıxışlarını başa vurub.
Teleqraf xəbər verir ki, 8 çəki dərəcəsində yarışan 11 cüdoçunun (7 kişi, 4 qadın) heç biri medal qazana bilməyib.
Azərbaycan təmsilçilərindən ən yaxşı nəticəni 66 kq-da mübarizə aparan Rəşad Yelkiyev göstərib. O, 5-ci yeri tutub.
Qadın cüdoçulardan isə 52 kq-da Aydan Vəliyeva 7-ci olub.
Qeyd edək ki, 60 kq çəki dərəcəsində yarışmalı olan Hüseyn Allahyarov zədə səbəbindən Böyük Dəbilqə turnirini buraxmalı olub.