BAKI, 23 mart. TELEQRAF

ABŞ aprelin 20-dək Ukrayna və Rusiya arasında atəşkəs razılaşmasına nail olacağına ümid edir, amma etiraf edir ki, iki tərəfin mövqelərindəki əsas fikir ayrılıqları səbəbindən son tarix gecikə bilər.

Teleqraf xəbər verir ki, bu barədə rəsmi mənbələrə istinadla “Bloomberg” bildirib.

Nəşrin həmsöhbəti deyib ki, martın əvvəlində Ukraynaya hərbi yardımı qısa müddətə dayandıran Ağ Ev hələlik bu məsələ ilə bağlı heç bir məhdudiyyətlə razılaşmayıb.