BAKI, 23 mart. TELEQRAF

2024-cü ildə Qazaxıstan tərəfindən Azərbaycan iqtisadiyyatına 14 milyon 800 min dollar yönəldilib.

Mərkəzi Bankdan Teleqraf-a verilən məlumata görə, Qazaxıstanın yatırımlarının Azərbaycana cəlb edilən investisiyalarda payı 0,2 faiz təşkil edib.

Ötən il Azərbaycanın Qazaxıstan iqtisadiyyatına yönəltdiyi birbaşa investisiyanın həcmi isə 9 milyon 634 min dollar təşkil edib ki, bu da ölkənin ümumi yatırımlarının 0,5 faizini təşkil edib.

Xatırladaq ki, 2023-cü ildə Qazaxıstanın Azərbaycana investisiya qoyuluşları 11 milyon 970 min dollar, Azərbaycanın Qazaxıstana investisiya qoyuluşları isə 7 milyon 36 min dollar həcmində olub.