BAKI, 23 mart.TELEQRAF

2024-cü ildə İran İslam Respublikası tərəfindən Azərbaycan iqtisadiyyatına 371 milyon 487 min dollar yönəldilib.

Mərkəzi Bankdan Teleqraf-a verilən məlumata görə, bu yatırım, 2023-cü illə müqayisədə təxminən 6,2 faiz azdır.

Qeyd edək ki, ötən il İranın yatırımlarının Azərbaycana cəlb edilən investisiyalarda payı 5,3 faiz təşkil edib.

Xatırladaq ki, 2023-cü ildə İranın Azərbaycana investisiya qoyuluşları 395 milyon 983 min dollar həcmində olub.