BAKI, 23 mart. TELEQRAF

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında son telefon danışığı iki saata yaxın davam edib, amma bu, şərti hesablamadır.

Teleqraf xəbər verir ki, bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov deyib.

“Telefon danışıqları adətən belə başlayır: səsi nizamlayırlar, tərcüməçinin səsini yoxlayırlar. Çünki prezidentlərin sözləri hər iki istiqamətdə tərcümə olunur. Ümumiyyətlə, tərcümə də daxil olmaqla vaxtı nəzərə alsaq, bu, təxminən iki saat çəkib”, - Kremlin nümayəndəsi bildirib.

Peskov bunun Rusiya və ABŞ liderləri arasında ən uzun söhbət olduğuna dair iddialara da münasibət bildirib: “Müddət baxımından bu, yəqin ki, iki dövlət başçısı arasında ən uzun danışıqlardan biridir”.

Kremlin sözçüsü iki lider arasındakı söhbətin səmimi məcrada olduğunu da iddia edib:

“Tamamilə güvənli, səmimi, konstruktiv idi”.