BAKI, 23 mart. TELEQRAF

Ola bilsin, Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında son aylarda rəsmi elan edilənlərdən başqa təmaslar da olub.

Teleqraf xəbər verir ki, bunu Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov deyib.

“Biz sizə bildiyimiz danışıqlar barədə məlumat veririk, amma başqa heç nəyi istisna edə bilmərik”, - Peskov jurnalist müvafiq sualına cavabında bildirib.