BAKI, 23 mart. TELEQRAF

Rusiyanın ABŞ-yə təyin etdiyi yeni səfir Aleksandr Darçiyev gələn həftə Vaşinqtona gedəcək.

Teleqraf xəbər verir ki, bu barədə TASS-a diplomatik mənbə bildirib.

Xatırladaq ki, martın əvvəlində Prezident Vladimir Putin bu Xarici İşlər Nazirliyinin departament rəhbəri Darçiyevin Rusiyanın Vaşinqtondakı səfiri təyin edilməsi haqqında fərman imzalamışdı.