​BAKI, 23 mart. TELEQRAF

Ötən il təhlükəli marşrutlarda təxminən 9 min miqrant həlak olub, hər on nəfərdən biri atışma kimi zorakı insidentlər nəticəsində həyatını itirib.

Teleqraf xəbər verir ki, bu barədə BMT-nin Miqrasiya Agentliyinin bəyanatında qeyd olunub.

2024-cü ildə miqrasiya marşrutlarında azı 8938 nəfər həyatını itirib. Ən çox ölüm halları Asiya marşrutlarında qeydə alınıb, ardınca Aralıq dənizi və Afrika marşrutları, o cümlədən Səhrə çölü gəlir.

BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatının hesabatında miqrantlar arasında ölüm hallarının azı 10 faizinin zorakılıq nəticəsində baş verdiyi bildirilir.

2021-ci ildən etibarən miqrantlar arasında qeydə alınan ölüm hallarının ümumi illik sayı artır. Bununla yanaşı, BMqT-nin məlumatına görə, hər il minlərlə ölüm halı rəsmi qeydiyyata alınmaması səbəbindən nəzərə alınmır.

BMT 2024-cü ili miqrantlar üçün ən ölümcül il adlandırıb.