
BAKI, 23 mart. TELEQRAF
"Döyüş əməliyyatları başa çatdıqdan sonra Ukraynada hərbi kontingenti yerləşdirməyə hazır olan ölkələrin siyahısı formalaşıb".
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat katibi Georgi Tıxı jurnalistlərə açıqlamasında danışıb.
Onun sözlərinə görə, hazırda Baş Qərargah rəisləri səviyyəsində görüşlər keçirilir.
"Burada konkret rəqəmlər, yerləşdirilmə yerləri, şərtlər və digər aspektlər müzakirə olunur. Biz etiraf edirik ki, bu məqsədə nail olmaq üçün sülh prosesini irəli aparmaq lazımdır" - Tıxı bildirib.