
BAKI, 23 mart. TELEQRAF
Türkiyənin İstanbul şəhər bələdiyyəsinə qarşı aparılan terror istintaqı çərçivəsində Şişli bələdiyyə sədri Resul Emrah Şahan, İstanbul bələdiyyyəsi baş katibinin müavini Mahir Polat və İslahat İnstitutunun direktoru Mehmet Ali Çalışkanın həbsinə qərar verilib.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Hər üç şübhəli terror təşkilatında yardım etməkdə ittiham edilir.
Xatırladaq ki, bundan əvvəl İstanbulun bələdiyyə sədri Əkrəm İmamoğlu barəsində korrupsiya işinə görə həbs qərarı verilsə də, terror istintaqı çərçivəsində barəsində prokurorluq tərəfindən verilən təqdimat qəbul olunmayıb.