
BAKI, 23 mart. TELEQRAF
Litva Rusiya və Belarusla sərhəddə piyada və tank əleyhinə minalar yerləşdirməyi planlaşdırır.
Teleqraf xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin saytında məlumat verilib.
Ötən gün Litvanın milli müdafiə naziri Dovile Şakaliene Baltikyanı ölkələr və Polşadan olan həmkarları ilə görüşüb. Tərəflər əks mobillik konsepsiyasının yenilənməsi və genişləndirilməsini müzakirə ediblər.
"Polşa nümunəsinə əsasən, şimal-şərq cinahı bir neçə səviyyədə gücləndirilə bilər. Bura piyada və tank əleyhinə minaların basdırılması da daxildir", - Müdafiə Nazirliyinin bəyanatında deyilir.
Onlar qeyd ediblər ki, Litvanın regional tərəfdaşları bu təşəbbüsün həyata keçirilməsi üçün Avropa İttifaqından maliyyə almağı planlaşdırır.