
BAKI, 23 mart. TELEQRAF
İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu və digərlərinin şəhərin Ədliyyə Sarayında dindirilməsi başa çatdırılıb.
Teleqraf xəbər verir ki, İmamoğlu barəsində məhkəmənin ilkin qərarı bazar günü səhər saatlarında elan olunacaq.
***
22 mart, 22:15
İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu və daha 91 şübhəli İstanbul Prokurorluğundan Çağlayandakı Ədliyyə Sarayına gətirilib.
Teleqraf "Haber7"yə istinadən xəbər verir ki, şübhəlilərin hər birindən burada ifadə alınacaq.
Bundan sonra tolnana iş məhkəməyə göndəriləcək.
Ədliyyə Sarayının önündə çoxlu sayda polis cəlb olunur.
Qeyd edək ki, Əkrəm İmamoğlu PKK terror təşkilatı ilə əməkdaşlıq və korrupsiya maddələri ilə ittiham edilir. O, ittihamları rədd edib.