
BAKI, 23 mart. TELEQRAF
"Böyük Britaniyanın Baş nazir Keir Starmerin Ukraynaya vəd etdiyi hərbi yardımı təmin etmək üçün resursları yoxdur".
Teleqraf xəbər verir ki, bu barədə “Unherd” portalındakı məqalədə qeyd edilib.
Bildirilir ki, London hazırda nə dənizdə, nə də havada öz resurslarından səmərəli istifadə etmək imkanına malik deyil. Portalın məlumatına görə, yüksək rütbəli hərbi rəsmilər Starmerə xəbərdarlıq ediblər ki, Britaniya ordusu Rusiya-Ukrayna cəbhə xəttində hər hansı sülhməramlı rol oynamaq üçün çox kiçikdir.