
BAKI, 23 mart. TELEQRAF
Müəyyən şeylər dəyişmədikcə, ABŞ ilə danışıqlar mümkün deyil.
Teleqraf xəbər verir ki, bunu İran xarici işlər naziri Abbas Əraqçi deyib.
“Tehranla danışıqlardan əvvəl Vaşinqton öz siyasətini düzəltməlidir”, - Əraqçi bildirib.
Nüvə prqoqramı ilə bağlı məsələyə gəlincə, İran xarici işlər naziri qeyd edib:
“Fikrimcə, 2015-ci il müqaviləsini indiki formada bərpa etmək olmaz. Bu, maraqlarımıza uyğun deyil, çünki nüvə proqramı ilə bağlı vəziyyətimiz xeyli yaxşılaşıb və artıq əvvəlki şərtlərə qayıda bilmirik”.