BAKI, 23 mart. TELEQRAF

Martın 21-də vəfat etmiş Filiz Akının həyat yoldaşı Sönməz Köksal dəfn mərasiminin keçirildiyini bildirib.

Teleqraf xəbər verir ki, Sönməz Köksal həyat yoldaşının vəsiyyəti ilə bağlı sosial media hesabında paylaşım edib.

"Sevimli həyat yoldaşım, ömür-gün yoldaşım Filizi martın 21-nə keçən gecə uzun sürən xəstəlik nəticəsində itirdim. Vəsiyyətinə uyğun olaraq bütün dini qaydalar yerinə yetirildi və ən yaxın ailə üzvləri tərəfindən Aşiyanda dəfn edildi. Sevənlərinə başsağlığı verirəm".