BAKI, 23 mart. TELEQRAF

Böyük Britaniya, Almaniya və Fransa "üçlüyü" İran əleyhinə sanksiyaların ləğvi məsələsində ABŞ-yə təsir göstərəcklərinə söz veriblər.

Teleqraf xəbər verir ki, bunu İranın xarici işlər nazirinin müavini Abbas Araqçi deyib.

"Biz üç Avropa ölkəsi ilə danışıqlar aparırıq ki, əvvəlki nüvə sazişi çərçivəsində (Beynəlxalq Nüvə Razılaşması – JCPOA) eyni formulu tapaq, nüvə proqramına etimadı artıraq və sanksiyaların ləğvinə nail olaq. Bu sanksiyalar Avropa ölkələrinin yox, amerikalıların əlindədir. Avropalılar bildirirlər ki, bu məsələdə ABŞ-lə mübarizə aparacaqlar", – deyə Araqçi vurğulayıb.