
BAKI, 23 mart. TELEQRAF
Bu ilin yanvar-fevral aylarında Azərbaycana 39 milyon 938,61 min ABŞ dolları dəyərində kosmetik vasitələri, efir yağları, ətir və tualet vasitələri idxal edilib.
Dövlət Gömrük Komitəsindən Teleqraf-a verilən məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 12,5 faiz çoxdur.
Ötən iki ayda bu kateqoriyadan olan məhsulların idxalı ümumi idxalın 0,97 faizini təşkil edib.
Xatırladaq ki, 2024-cü ildə ölkəyə toplam 252 milyon 927,29 min ABŞ dolları dəyərində ətir, kosmetik vasitələr, efir yağları və tualet vasitələri idxal edilib.