BAKI, 23 mart. TELEQRAF

Çin dünyanın ən təhlükəsiz sualtı rabitə və elektrik xətlərini kəsə bilən cihaz hazırlayıb.

Teleqraf xəbər verir ki, bu barədə "South China Morning Post" nəşri məlumat yayıb.

Nəşr bildirib ki, bu hadisə dünya okeanında qüvvələr balansını kökündən dəyişə bilər. Bu, həm də ilk dəfədir ki, bir ölkə rəsmi olaraq qlobal iqtisadiyyat üçün kritik olan sualtı şəbəkələri söndürə bilən alətə sahib olur.

Çində hazırlanmış cihaz dörd kilometrə qədər dərinlikdə xətləri kəsə bilir. O, polad, rezin və polimer qabıq təbəqələri ilə örtülmüş zirehli kabelləri aşkar edə bilir.