
BAKI, 21 mart. TELEQRAF
Çexiya Prezidenti Petr Pavel Ukraynaya səfəri zamanı ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşüb.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna lideri öz "Telegram" kanalında yazıb.
Görüş Kiyev vilayətinin Buça rayonunun Moşçun kəndində baş tutub. Zelenski buranın 2022-ci ilin yazında baş verən hadisələrə görə ukraynalılar üçün simvolik yer olduğunu vurğulayıb. Görüş zamanı o, həmçinin Ukraynanın müstəqilliyinin qorunub saxlanacağına əminliyini ifadə edib.