BAKI, 14 mart. TELEQRAF

"Azərbaycan və Ermənistan arasında sülh sazişi imzalandıqdan sonra ATƏT-in Minsk qrupunun fəaliyyətinə ehtiyac qalmayacaq".

Teleqraf xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib.

"Biz hesab edirik ki, Azərbaycanla münasibətlərin normallaşmasından və sülh sazişinin imzalanmasından sonra münaqişə rəsmi olaraq sona çatacaq və ATƏT-in Minsk qrupuna ehtiyac qalmayacaq",- o qeyd edib.

A.Mirzoyan əlavə edib ki, Ermənistan sülh sazişini imzaladıqdan sonra ATƏT-in Minsk qrupu ilə bağlı qeyd-şərtlərini təqdim edəcək.