BAKI, 14 mart. TELEQRAF

Kanada Ukrayna üçün Fövqəladə Gəlirlərin Sürətləndirilməsi (G7 ERA) təcili kredit proqramı çərçivəsində dondurulmuş Rusiya aktivlərindən Kiyevə təxminən 1,7 milyard dollar köçürüb.

Teleqraf xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal öz "Telegram" kanalında məlumat yayıb.

"Ukrayna G7 ERA təşəbbüsü çərçivəsində 2,5 milyard Kanada dolları (təxminən 1,7 milyard dollar) alıb", - o qeyd edib.

Şmiqalın sözlərinə görə, bu pullar dövlət büdcəsinin prioritet ehtiyaclarına yönəldiləcək.