
BAKI, 14 mart. TELEQRAF
BP Xəzər dənizinin Azərbaycan sektorunda yeni neft yataqlarının kəşfiyyatını aparmağı planlaşdırır.
Teleqraf xəbər verir ki, bu barədə BP-nin hasilat üzrə rəhbəri Qordon Birrell “Reuters”ə bildirib.
"Biz Azərbaycanda mövcud hasilatın pay bölgüsü sazişləri çərçivəsində Azəri-Çıraq-Günəşli (AÇG) və Şahdənizin daha da inkişaf etdirilməsindən tutmuş, kəşf edilmiş (inkişaf etdirilməmiş) resurslara çıxışa və kəşfiyyat imkanlarına qədər bir sıra maraqlı imkanları irəlilətməkdəyik. Bu, hasilat sahəsində investisiyalarımız üçün hələ də çox aktiv bir ərazidir", - deyə Birrell bildirib.
Qeyd edək ki, ötən ay elan edilmiş strategiya yenilənməsi çərçivəsində BP neft və qaz biznesinə xərclərini artırır, azkarbonlu bölmələrə isə xərclərini azaldır.