BAKI, 14 mart. TELEQRAF

Almaniya Azərbaycan və Ermənistanın sülh sazişinin mətni üzrə danışıqların başa çatması ilə bağlı bəyanatını alqışlayır.

Teleqraf xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Annalenna Berbok bildirib.

“Azərbaycan və Ermənistan arasında sülh sazişi ilə bağlı əldə olunan irəliləyişlər ümidvericidir”,- o qeyd edib.