BAKI, 14 mart. TELEQRAF

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eləcə də könüllü təhvil verilməsi məqsədilə əməliyyat-axtarış və profilaktik tədbirlər həyata keçiriblər.

Teleqraf xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib.

Məlumata görə, cari il ərzində əməliyyat yolu ilə rayon sakinlərindən 1 ədəd tapança, 3 ov tüfəngi və patronlar aşkar edilərək götürülüb.

Şöbə əməkdaşları tərəfindən keçirilən profilaktik tədbirlər nəticəsində isə 1 avtomat və 21 ədəd müvafiq sənədləri olmayan ov tüfəngini vətəndaşlar könüllü olaraq polisə təhvil veriblər.

Bu istiqamətdə tədbirlər davam etdirilir.