
BAKI, 14 mart. TELEQRAF
Artıq Azərbaycan və Ermənistan sülh müqaviləsinin yekun mətnini tam razılaşdırılıb, dörd ildir bu yöndə gedən müzakirələr anlaşma ilə başa çatıb.
Teleqraf xəbər verir ki, bunu erməni politoloq Tiqran Meloyan deyib.
“Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin məzmunu ilə bağlı razılaşmaya baxmayaraq, iki qonşu ölkə arasında sənədin faktiki imzalanma vaxtı və yeri qeyri-müəyyən olaraq qalır. Üstəgəl, Azərbaycan Ermənistan konstitusiyasının preambulasına düzəlişlər edilməsi tələbindən geri çəkilməyib. Bakının digər tələbi Zəngəzur dəhlizinin açılması ilə bağlıdır”, - ekspert bildirib.
Meloyan qeyd edib ki, KİV-də bəzi təfərrüatlar barədə məlumat verilsə də, sülh müqaviləsinin məzmunu açıqlanmayıb:
“Razılaşdırılan son iki bəndlərdən biri Ermənistanın Aİ-nin monitorinq missiyasını sərhəddən geri çəkməsi və beynəlxalq platformalarda qarşılıqlı iddiaların geri götürülməsi ilə əlaqəlidir. Birinci bir neçə ay öncədən bəlli olsa da, Aİ missiyasının geri çəkilməsi sürpriz oldu. Çünki missiyanın mandatı bu yaxınlarda daha iki il uzadılmışdı”.