BAKI, 13 mart. TELEQRAF

Fransa Prezidenti Emmanuel Makron Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının yekunlaşması barədə danışıb.

Teleqraf xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkə hesabında paylaşım edib.

"Ermənistanla Azərbaycan arasında Cənubi Qafqazda davamlı sülhə yol açacaq sülh müqaviləsinin imzalanmasına indi heç nə mane olmur", - Makron deyib.