BAKI, 14 mart. TELEQRAF

İnvestisiya təşviqi ilə bağlı yeni mexanizmlər əsasən regionların inkişafına və investisiya potensialının artırılmasına yönəldilib.

Teleqraf xəbər verir ki, bunu Baş nazir Əli Əsədov martın 14-də Milli Məclisdə Nazirlər Kabinetinin 2024-cü il üzrə fəaliyyəti ilə bağlı hesabatı təqdim edərkən deyib.

Baş nazirin sözlərinə görə, 2024-cü ildə sənaye zonalarında 3,3 mlrd. manat dəyərində məhsul istehsal olunub. 1,1 mlrd. manat dəyərində məhsul ixracı edilib.

"Hesabat ilində institusional sahədə islahatlar davam edib. İqtisadiyyatda rəqabət mühitinin yaxşılaşdırılması, korrupsiya ilə mübarizə və kölgə iqtisadiyyatının məhdudlaşdırılması istiqamətində tədbirlər həyata keçirilib", - deyə Baş nazir qeyd edib.