BAKI, 14 mart. TELEQRAF

"Ukraynadakı münaqişənin həlli məsələsində nəyəsə, kimlərəsə arxalanmağa ehtiyac yoxdur".

Teleqraf xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib.

"Biz bu vəziyyətdə Ukraynada böyük bir şeyə ümid etməməliyik, faktlara inanmalıyıq. Biz faktları müzakirə edirik, onları qəbul edirik, ya etmirik. Əsas odur. Hər cür çıxışlar hələlik sadəcə bəyanat və ya vədlərdir", - Belarus prezidenti deyib.