BAKI, 14 mart. TELEQRAF

Hesabat ilində Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan müəssisələr tərəfindən ümumilikdə 781,8 mln. manat məbləğində məhsul istehsal edilib ki, bu da əvvəlki illə müqayisədə 14,7 % çoxdur.

Teleqraf xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2024-cü il üzrə fəaliyyəti haqqında hesabatında əksini tapıb.

Sənəddə qeyd olunub ki, hesabat ilində nazirliyin tabeliyində olan müəssisələr tərəfindən ixrac edilən məhsulların ümumi həcmi 565.8 mln. manat təşkil edib.

2024-cü ildə nazirliyin müəssisələrində 55 adda zirehli texnikanın, atıcı silah və digər əmlakın təmiri həyata keçirilib, 336 adda müxtəlif məmulatın utilizasiyası üzrə müqavilələr imzalanıb və tam icra olunub.