BAKI, 14 mart. TELEQRAF

Avropa ölkələrinin hərbi-sənaye kompleksinin yenidən qurulması üçün on ildən çox vaxt lazım ola bilər.

Teleqraf xəbər verir ki, bu barədə "Bloomberg Intelligence" nəşri məqalə hazırlayıb.

“NATO-nun Avropadakı üzvlərinə müdafiə sektorlarını gücləndirmək üçün on ildən çox vaxt lazım ola bilər, çünki qitə onilliklər ərzində kifayət qədər sərmayə qoyuluşunun öhdəsindən gəlməyə və Rusiyadan gələcək təhdidlərin qarşısını almağa çalışır” - məqalədə bildirilib.

Nəşr yazır ki, Avropanın müdafiə sektorunda təlim keçmiş kadr çatışmazlığı var. Agentliyin fikrincə, regionun kiçik hərbi sənayesi qısa və orta müddətdə Avropa ordularının təlabatını ödəyə bilməyəcək.