.jpg)
BAKI, 14 mart. TELEQRAF
Bakının tanınmış səhiyyə müəssisələrindən olan Yeni Klinikada maliyyə problemləri var. Maaşlar gecikdirilir, bonuslar verilmir. Klinika gecikmələrin səbəblərini izah etməkdən yayınır.
Teleqraf-ın məsələylə bağlı martın 12-də Yeni Klinikaya ünvanladığı sorğuya hələ də cavab verilməyib.
Məlumata görə, 7 aydan çoxdur klinikanın tibbi personalı bonuslarını ala bilmirlər. Son iki ayda isə əməkhaqqlarının verilməsində ciddi gecikmələr müşahidə olunub.
Adətən ilin əvvəlində bəzi qurumlarda maliyyə məsələlərinə dair texniki gecikmələr yaşansa da, bu vəziyyət çox zaman bir aydan artıq çəkmir.
Qeyd edək ki, Yeni Klinika dövlətin xüsusi diqqət yetirdiyi səhiyyə mərkəzlərindən sayılır və burada çalışan peşəkar həkim heyəti yüzlərlə vətəndaşa xidmət göstərir.