BAKI, 14 mart. TELEQRAF

"2024-cü ildə 62 min hektar, ümumilikdə isə işğaldan azad edilmiş ərazilərdə 180 min hektara yaxın ərazi minalardan və partlamamış hərbi sursatlardan təmizlənib".

Teleqraf xəbər verir ki, bunu Baş nazir Əli Əsədov martın 14-də Milli Məclisdə Nazirlər Kabinetinin 2024-cü il üzrə fəaliyyəti ilə bağlı hesabatı təqdim edərkən deyib.

Onun sözlərinə görə, 2025-ci ildə 65 min hektardan artıq ərazinin minalardan təmizlənməsi planlaşdırılır.