BAKI, 13 mart. TELEQRAF

"Biz Ukrayna ilə münaqişənin həlli nəticəsində hansı əraziləri saxlayacağını və nələri itirəcəyini, həmçinin bu məsələ ilə bağlı yekun razılaşmanın digər elementlərini müzakirə edirik".

Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp NATO-nun baş katibi Mark Rutte ilə Ağ Evin Oval kabinetində keçirdiyi görüşdə jurnalistlərə bildirib.

"Biz qaranlıqda işləmirik. Biz Ukrayna hökuməti ilə saxlanılacaq və itiriləcək əraziləri, yekun razılaşmanın bütün digər elementlərini müzakirə edirik", - Tramp deyib.