BAKI, 14 mart. TELEQRAF

"Ötən il 29,1 milyon ton neft, 50,6 milyard kubmetr qaz hasil edilib".

Teleqraf xəbər verir ki, bunu Baş nazir Əli Əsədov martın 14-də Milli Məclisdə Nazirlər Kabinetinin 2024-cü il üzrə fəaliyyəti ilə bağlı hesabatı təqdim edərkən deyib.

Baş nazir neftin 24,4 milyon tonu, qazın isə 25,5 milyard kubmetrinin ixrac edildiyini vurğulayıb:

"2024-cü ildə Azərbaycan ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin ötürmə qabiliyyətinin və tranzit potensialının artırılması üçün bir çox layihələr reallaşdırılıb. Nəqliyyat dəhlizlərində daşınmış yüklərin həcmi 33 mln.ton olmuşdur. Bu yüklərin 57%-ni tranzit yüklər təşkil edib. Şərq-Qərb istiqamətində Orta Dəhlizin əsas komponentlərindən biri olan Bakı-Tbilisi-Qars xətti 2024-cü ilin may ayında tamamlanaraq istismara verilib, xəttin illik yükaşırma həcmi 1 mln. tondan 5 mln. tona çatdırılıb. Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi üzərində yerləşən ölkələr ilə sıx əməkdaşlıq nəticəsində dəhlizin ötürmə qabiliyyətinin artırılması istiqamətində artıq konkret işlərə başlanılılıb".