
BAKI, 14 mart. TELEQRAF
Ləğv prosesində olan Dövlət Sığorta Kommersiya Şirkətinə məxsus nəqliyyat vasitələri təkrar hərraca çıxarılır.
Teleqraf xəbər verir ki, hərraca buraxılış ili 2019 olan 14 ədəd Khazar Peugeot markalı avtomobil 32 250 manat start qiymətlə satışa qoyulacaq. Əlavə olaraq, 2015-ci il istehsalı 1 ədəd Naz Lifan LF 7185-720 markalı nəqliyyat vasitəsi isə 4 900 manat start qiymətlə hərraca çıxarılacaq.
Hərracda iştirak etmək üçün əvvəlcədən 10 faiz beh tələb olunur. Beh Dövlət Sığorta Kommersiya Şirkətinin hesabına köçürülməlidir.
Hərrac aprelin 4-də saat 11:00-da keçiriləcək.
Qeyd edək ki, sözügedən nəqliyyat vasitələri artıq 4-cü dəfədir ki, hərraca çıxarılır. Bundan əvvəlki hərrac martın 6-da keçirilmişdi. Bu dəfə isə şirkət nəqliyyat vasitələrinə 50% endirim tətbiq edib.