BAKI, 14 mart. TELEQRAF

"Sülh sazişi üzrə danışıqlar başa çatıb, uzun danışıqlardan sonra mətn razılaşdırılıb".

Teleqraf xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan deyib.

“Mən bunu Ermənistan ətrafında münasibətlərin normallaşdırılması və sülhün bərqərar olması üçün son dərəcə mühüm mərhələ hesab edirəm. Ermənistan sazişin yeri, vaxtı və digər detallarını razılaşdırmaq üçün Azərbaycanla məsləhətləşmələrə mümkün qədər tez başlamağı təklif edir”, - nazir bildirib.