
BAKI, 14 mart. TELEQRAF
Hökumət hazırda əsgərlik müddətinin azaldılmasının nə üçün məqbul sayılmadığını açıqlayıb.
Teleqraf xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2024-cü il üzrə fəaliyyəti haqqında hesabatında əksini tapıb.
Qeyd edilib ki, alternativ xidmət haqqında qeyd olunan təklifin həyata keçirilməsi dövlət büdcəsi xərclərinin qənaətini nəzərdə tutsa da, bu çox ciddi hərbi-siyasi islahatların aparılmasını şərtləndirir.
Nəzərə çatdırılıb ki, müddətli həqiqi hərbi xidmətin orta təhsilli vətəndaşlar üçün 18 aydan 12 ayadək, ali təhsilli vətəndaşlar üçün isə 12 aydan 6 ayadək endirilməsi barədə təklifin nəzərə alınacağı təqdirdə "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunda müvafiq dəyişikliklərin edilməsi zərurəti yaranacaq ki, bu da regionda real hərbi təhdidlərin olduğu indiki zamanda Azərbaycan Ordusunun əsgər və çavuş heyəti ilə komplektləşdirilməsində çətinliklər yaradacaq. Qeyd olunanlar nəzərə alınaraq sözügedən təklifin qəbul edilməsi məqsədəmüvafiq hesab edilmir.