
BAKI, 13 mart. TELEQRAF
Qırğızıstan və Tacikistan arasında hava əlaqəsi bərpa ediləcək.
Teleqraf xəbər verir ki, bu barədə Qırğızıstan Prezidenti Sadır Japarov bildirib.
Bu gün Tacikistan və Qırğızıstan arasında sərhədlər açılıb.
Xatırladaq ki, iki ölkə arasında sərhəd 2021-ci ildə, sərhədyanı bölgələrdə yaşayan sakinlər arasında milli zəmində baş verən münaqişələrdən sonra bağlanmışdı. Həmin dövrdən Tacikistan ilə Qırğızıstan arasında birbaşa hava əlaqəsi də dayandırılıb.