​BAKI, 13 mart. TELEQRAF

"Qarabağda iki il əvvəl baş vermiş hadisələr – regionun Azərbaycana qayıtması, sülhün təmin edilməsi baxımından mühüm addımdır".

Bunu Qara dəniz dayanıqlı inkişaf həlləri şəbəkəsinin sədri Nikolaos Teodosyu Teleqraf-a açıqlamasında bildirib.

"Ermənistan və Azərbaycan arasında sülhün qurulmasını arzulayırıq. Eyni zamanda, Rusiya və Ukrayna arasında, o cümlədən, daha geniş bölgədə sülhün bərqərar olmasını istəyirik. Biz insanların daha yaxşı şəraitdə yaşamasını arzulayırıq. İnsanlar yalnız sülh şəraitində rifaha qovuşa bilərlər. Buna görə də, sülh hər bir kəsin – siyasətçilərin, hərbçilərin, akademiklərin, eləcə də mənim üçün ən vacib məqsəd olmalıdır. Biz insanların təhlükəsiz şəraitdə yaşamalarını, inkişaf etmələrini və dayanıqlı gələcək qurmağı arzulayırıq", - sədr vurğulayıb.