BAKI, 13 mart, TELEQRAF

Dövlət Akademik Musiqili Teatrın aktyoru Möylə Mirzəliyevin vəziyyəti ağırdır.

Bu barədə Teleqraf-a Yeni Klinikadan məlumat verilib.

Bildirilib ki, aktyorun Yeni Klinikanın reanimasiya şöbəsində müalicəsi davam etdirilir. Süni tənəffüs apartına qoşulub, vəziyyəti kritik ağır olaraq dəyərləndirilir.

Qeyd edək ki, Dövlət Akademik Musiqili Teatrın aktyoru Möylə Mirzəyev bir müddət əvvəl boyun fəqərələrində spinal stenoz diaqnozu ilə özəl tibb müəssisəsində transpedikulyar fiksasiya (implant) əməliyyatı olunub. Əməliyyat sonrası xəstədə yuxarı və aşağı ətrafların iflici qeydə alındığından uzun müddət digər tibb müəssisəsinin Reanimasiya və intensiv terapiya şöbəsində müalicə edilib. Bir neçə gün öncə Yeni Klinikaya yerləşdirilib.

Uzun müddət şəkərli-diabet xəstəsi olan Möylə Mirzəyev eyni zamanda diabetik angioapatiya və diabetik nefropatiyadan əziyyət çəkir.