.jpg)
BAKI, 13 mart, TELEQRAF
“Biz hər zaman regionda ədalətli bir sülhün və birgəyaşayışın bərqərar olmasının tərəfdarıyıq. Qarabağın Ermənistan tərəfindən işğalı buna mane olurdu. Türkiyə hər zaman işğal faktını vurğulayıb və Azərbaycanın haqlı mövqeyini müdafiə edib".
Teleqraf xəbər verir ki, Türkiyə Prezidentinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə baş müşaviri Akif Çağatay Kılıç jurnalistlərə açıqlamasında deyib.
“Türkiyə İkinci Qarabağ müharibəsindən - Can Azərbaycanın torpaqlarının işğaldan azad edilməsindən sonra regionda sülh və əmin-amanlığın yaranmasına dəstək verməyə hazırdır. Sülh prosesi Azərbaycan və Ermənistan arasında olan bir prosesdir. Biz Türkiyə olaraq ədalətli sülhün bağlanmasının tərəfdarıyıq”,- deyə Türkiyə Prezidentinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə baş müşaviri bildirib.