.jpg)
BAKI, 13 mart. TELEQRAF
Rusiya qanunvericiliyində ezoterik xidmətləri qadağan etmək, böyük ehtimalla, mümkün olmayacaq.
Teleqraf xəbər verir ki, bu barədə Dövlət Dumasının Əmək, sosial siyasət və veteranların işi üzrə komitə üzvü Svetlana Bessarab deyib.
Deputat Lenta.ru-ya açıqlamasında bu zəmində qanunun qəbul olunacağına şübhə etdiyini bildirib.
S.Bessarabın fikrincə, Rusiya başqa ölkələrin səhvlərini təkrar etməməlidir. O, minillərdən qalma fal və qoroskop ənənələrinə sadiq Çini nümunə gətirib. Deputat xatırladıb ki, Çin Kommunist Partiyası bu təzahürlərlə mübarizə aparmağa çalışsa da, uğur qazana bilməyib.
Xatırladaq ki, Rusiyada ezoterik xidmətlərin qadağan olunması ilə bağlı təkliflər səslənməkdədir. Dövlət Dumasının bu zəmində qanun hazırladığı da bildirilir.