BAKI, 13 mart. TELEQRAF

"İtaliya və Azərbaycan arasındakı münasibətlər çox yaxşıdır".

Teleqraf xəbər verir ki, bunu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov XII Bakı Qlobal Forumu çərçivəsində keçirilən "Çoxqütblü Dünya üçün Multilateralizmə Yenidən Baxılması" panel müzakirələrində çıxışında bildirib.

O qeyd edib ki, Azərbaycanın bir çox sahələrdə İtaliya ilə əlaqələri mövcuddur.

"Biz hər imkandan istifadə edirik ki, görüşək, qarşılıqlı fikir mübadiləsi aparaq. Cənub Qaz Dəhlizinin bitməsi, qazın çatdırılması ilə bağlı işlərimizi davam etdiririk. Azərbaycan və İtaliya universitetlərinin əməkdaşlığı başlayıb. Gələn il Azərbaycan -İtaliya Universitetin yeni kampusu tikiləcək, tələbələr yeni binaya köçəcək. Bizim Romada mədəniyyət mərkəzimiz var. Bir sözlə, İtaliya ilə çox gözəl münasibətimiz var", - deyə nazir vurğulayıb.