
BAKI, 13 mart. TELEQRAF
Ermənistan və Azərbaycan arasında sülh sazişi imzalanmağa hazırdır. Sazişin imzalanacağı yerin və vaxtın dəqiqləşdirilməsi üçün Bakı ilə danışıqlar aparılmalıdır.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir.
Ermənistan Xarici İşlər Nazirliyi rəsmi Bakının sülh sazişi mətninin son iki bəndinin razılaşdırılması ilə bağlı bəyanatlarını təsdiqləyib.
Xatırladaq ki, xarici işlər naziri Ceyhun Bayramov bu gün Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin mətni ilə bağlı danışıqlar prosesinin artıq yekunlaşdığını açıqlayıb. Ölkənin baş diplomatı Ermənistanın son iki bəndi də qəbul etdiyini bildirib.