BAKI, 13 mart. TELEQRAF

Bu gün Tacikistan və Qırğızıstan arasında sərhəd-keçid məntəqəsinin açılışı olacaq.

Teleqraf xəbər verir ki, bu barədə Qırğızıstanın prezidentinin administrasiyasından məlumat verilib.

Tacikistan Prezidenti Emoməli Rəhmon və Qırğızıstan Prezidenti Sadır Japarov videokonfrans vasitəsilə dövlət sərhədindəki sərhəd-keçid məntəqəsinin açılışını həyata keçirəcəklər.

İki ölkə arasında sərhəd 2021-ci ildə, sərhədyanı bölgələrdə yaşayan sakinlər arasında baş verən ciddi münaqişələrdən sonra bağlanıb. Həmin dövrdə, həmçinin, Tacikistan ilə Qırğızıstan arasında birbaşa hava əlaqəsi dayandırılıb.