BAKI, 13 mart. TELEQRAF

"Qlobal Bakı Forumu iki mühüm konfrans arasında keçirilir. Bunlardan biri fevral ayında baş tutan Yalta konfransı, digəri isə apreldə keçirilməsi planlaşdırılan və BMT ilə əlaqəli San Fransisko konfransıdır".

Teleqraf xəbər verir ki, bunu Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska Davkova "Gələcək üçün BMT Paktı: Yeni Qlobal Konsensusun yaradılması" panel müzakirələrində bildirib.

Onun sözlərinə görə, hazırda dünyanı BMT-siz təsəvvür etmək mümkün deyil.

"Aradan 80 il keçib, sənaye transformasiyası baş verib və qloballaşma sürətlənməkdədir. BMT siyasi baxımdan marginallaşa bilər, amma ona hələ də ehtiyac var. Biz burada sadəcə tənqid üçün toplaşmamışıq. BMT dünyada yüksək legitimlik səviyyəsinə malik yeganə təşkilatdır. Sözsüz ki, qurumun effektivliyini və legitimliyini artırmaq üçün islahatlar aparmalıyıq”, - Qordana Silyanovska Davkova qeyd edib.